DÜZGÜN DAŞINMALAR HAQQINDA BİLMƏK İSTƏDİKLƏRİNİZ...
ALLRIGHT MOVING & STORAGE şirkətinin uğur şüarları keyfiyyət, müstəsna müştəri xidmətləri vəməmnuniyyətidir. Bu şüarları əsas tutaraq, həm ölkə daxilində həmdə xaricində şəxsi ev əşyalarınızın vəya ofisinizin daşınması zamanı tələb olunan yüksək standartlara əməl edirik. İşimiz və beynəlxalqdaşınma xidmətlərimizin məqsədi müştərilərin şəxsi əşyaları və məxfiliyini qorumaq, onların rahatlığını təmin etmək və daşınmalar zamanı baş verə biləcək təbii stress və təlaşı azaltmaqdır.
WE MAKE IT ALL HAPPEN RIGHT©
Keyfiyyət

Məlumdur ki, müştərilərin hazırkı və gələcək tələbatlarının öyrənilməsi qeyd olunan məqsədlərə nail olmaqda mühüm rol oynayır. Beləliklə, şirkətimiz davamlı surətdə müştərilərin xidmətlərin keyfiyyətinə olan tələbat və gözləntilərini qarşılamağa çalışır. Dəyərli müştərilərə keyfiyyətli xidmət göstərib onların etimadını qazanmaq, tələbat və gözləntilərinin qarşılanmasını təmin etmək bizim əsas məqsədimizdir.
Ətraflı
Əməkdaşlıq
.jpg)
Daima inkişafda olan beynəlxalq daşınma şirkətləri sənayesində qlobal səviyyədə iştirakımızdan qürur duyduğumuzu dilə gətirmək istərdik. Xidmətlər üzrə müvafiq qiymətin təqdim edilməsi üçün fərqli ölkələrdən seçilmiş partnyorlar və tərəfdaşlarla əməkdaşlıq edirik. Bundan əlavə, Beynəlxalq Yükdaşıyanlar Assosiasiyasının (BDA) üzvü olmağımız bizə dünya ölkələrində etibarlı nümayəndələrlə işləmək imkanı verir. BDA müştərilərə yüksək səviyyəli xidmət göstərən beynəlxalq daşıma şirkətləri və ekspeditorları birliyidir. Üzvlüyümüz bizə 165-dən çox ölkədə yerləşən 2000 şirkətdən ən yüksək xidmət və qiymətləri əldə etmək imkanı verir.
Ətraflı
Sığorta
Beynəlxalq daşınma uzunmüddətli proses olmaqla, bəzi problemlər və qaçılmaz hallarla müşayiət oluna bilər. Cəlb olunan bütün işçilərin əşyalarınıza yüksək qayğı və diqqətlə yanaşmasına baxmayaraq, iş əldən-ələ keçə və nəticədə bəzi hallarda təsadüfi zərərlərə səbəb ola bilər. ALLRIGHT MOVING & STORAGE şirkəti xüsusilə ev əşyaları, antik əşyalar, sənət əsərləri və nəqliyyat vasitələrinin qorunması üçün bütün daşınma risklərinə qarşı tərtib olunan və Eduard Pfeifer GmbH (Almaniya) tərəfindən imzalanan sığorta xidmətini təklif etmək imkanına malikdir. Qeyd etmək lazımdır ki, əşyalarınızın su, quru və ya hava yolu ilə daşınmasından asılı olaraq müvafiq sığorta paketlərini təqdim edə bilərik.
Ətraflı
Saxlanma və anbarlama

Müasir təhlükəsiz sistemi və iqlim nəzarəti ilə təhciz olunmuş ambarımızda yüklərinizin təmiz və mükəmməl şəkildə saxlanılmasını təmin edirik. Ofis və ya eviniz üçün sizə həftəlik və ya illik ambarlama lazım olduqda, mülkünüzün təhlükəsiz və rahat saxlanılmasını bizə etibar edə bilərsiniz. Saxlanma ambarımız yanğından mühafizə olunur və 24 saat təhlükəsiz və rahat giriş ilə təmin edilib. Şəxsi əşyalarınız və ya ofis avadanlıqlarınız üçün arzu etdiyiniz saxlanılma formasından asılı olmayaraq, daşınma şirkəti ilə əlaqə saxlayarkən onun təhlükəsiz və düzgün saxlanma imkanlarını da nəzərdən keçirməlisiniz.
Ətraflı
Təhlükəli mallar
Təəccüblü olsa da, bəzən zərərsiz görünən mallar təyyarəyə yüklənilərkən təhlükəli ola bilər. Hava nəqliyyatı daşınmanın ən təhlükəsiz növlərindən biridir. Bir sıra əsas qaydalara əməl etməklə, belə malların təhlükəsiz daşınılmasını təmin edə bilərsiniz. Uçuş zamanı temperatur və hava təzyiqinin dəyişməsi bəzi əşyaların sızması və ya alışmasına səbəb ola bilər. Qablaşdırmazdan öncə diqqətli olun!
Ətraflı
Daşınmanı bizimlə necə həyata keçirməli?
Korporativ və ofis daşınmaları
Nəqliyyat vasitələrinin daşıması
Bəs bizi fərqli edən nədir?
Rəqiblərimizdən fərqlənmək üçün, biz əsas diqqəti işin düzgün və daha az gərginliklə aparılmasına cəmləşdirmişik. Müştərilərə yüksək səviyyəli xidmətlərin təmin edilməsi bizim əsas məqsədimizdir. Mülayim davranış və peşəkarlığı qorumaqla işin icrası çətin və eləcə də emosional baxımdan yorucu olsa da, müştərilərə A klass xidmətlərin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Bizə məlumdur ki, müştərilərimizlə əlaqələrin qurulması onların tələblərinin öyrənilməsində mühüm rol oynayır. Yükləri göndərdiyiniz və gətirdiyiniz ölkədən asılı olmayaraq,
ALLRIGHT MOVING & STORAGE şirkəti 100% müştəri məmnuniyyətini təmin edir. Böyük əminliklə deyə bilərik ki, təqdim etdiyimiz xidmətlərin nəticəsində müştərilər bizi seçməkdən məmnun qalacaq və xidmətlərimizi başqalarına da tövsiyə edəcəklər.