Əşyalara pulsuz baxış və qiymətləndirmə


Daşınmazdan əvvəl bizimlə əlaqə saxlayan kimi köçürüləcək əşyaların pulsuz baxışını həyata keçirəcəyik. Mütəxəssislərimizdən biri daşınacaq əşyaların təqribi həcminin və çəkisinin hesablanması məqsədilə ünvanda baxış keçirəcək və bu daşınmanız üçün sizə dəqiq qiymət təklifinin hazırlanmasında bizə kömək edəcək. Əməkdaşlarımızın hamısı bu sahədə geniş bilgiləri olan yüksək təcrübəli mütəxəssislərdir.  Onlar daşınma prosesi, qablaşdırma, sığortalama və saxlanma proseslərini sizə ətraflı izah edəcək və göndərilməsinə məhdudiyyət/qadağa qoyulan əşyalarla bağlı geniş məlumat verəcək. Bu mərhələdə müfəssəl planlaşdırma stressiz və təlaşsız daşınmanı təmin edəcək. Bizə məlumdur ki, ailələr və evlər fərqlidir – biz sadəcə əşyaları deyil, hər ailə üzvü üçün çox dəyərli olan əşyaları qayğı ilə daşıyırıq. Bu baxımdan sizin ehtiyaclarınızı və gözləntilərinizi müəyyən edir, və daşınma cədvəlini müzakirə edirik.


Daşınmadan öncə aşağıdakı suallar soruşula bilər:

♦  Daşınma tarixi
♦  Əşyaların daşınacağı ünvan
♦  Əlavə əşyaların toplanmalı olduğu ikinci ünvanın olub olmaması
♦  Daşınma ilə bağlı tələblər – dəyərli antik əşyalar və ya sənət əsərlərin olub olmaması
♦  Xüsusi avadanlıq tələb edən ağır əşyaların olub olmaması
♦  Çatdırılma ünvanında giriş və parkingin normal olub olmaması. Pilləkən və ya uzun məsafəyə daşıma avadanlığının olub olmaması
♦  Beynəlxalq daşınmalar üçün hansı nəqliyyat növü tələb olunur: Dəniz, hava və ya quru yolu ilə daşınma?
♦  Daşınmaya daxil edilməyən əşyaların olub olmaması
♦  Daşınma və ya nəqliyyatla daşınma üçün xüsusi tələblərin olub olmaması
♦  Kompleks şəklində sökülən və quraşdırma tələb edən mebelin olub olmaması
♦  Mənzilə(dən) daşınmalar üçün xidməti liftin olub olmaması
♦  Ölkədaxili daşınmalara hər hansı qurğu və ya işlək soyuducuların daxil olub olmaması
♦  Cari və köçəcəyiniz ünvanda saxlama və ambarlama tələbinin olub olmaması
♦  Sığortanın tələb olub olmaması

Dəqiq və sərfəlı qiymət təklifinin əldə edilməsi üçün yuxarıda sadalanan sualların cavabları daşınma mütəxəssisi tərəfindən nəzərdən keçirilməlidir.

Evinizin və ya ofisinizin daşınmasını planlaşdırırsınız? Onda ALLRIGHT MOVING & STORAGE-lə əlaqə saxlamağın tam vaxtıdır:
Bizimlə +994 (12) 409 40 88 nömrəlı telefonla əlaqə saxlaya bilərsiniz, və ya alternativ olaraq office@allrightmoving.com elektron poçt ünvanına öz müraciyyətinizi gödərə bilərsiniz

Sizə xidmət etməkdən məmnun olarıq!!!

 

Əvvələ qayıt