Yeni evinizə çatdırılma


Çatdırılma zamanı komandamız əvvəlcədən sizin tərəfinizdən müəyyən olunan otaqlarda əşyalarınızı ehtiyatla qutulardan çıxarıb yerinə yerləşdirəcək. Döşəmə, divar və digər səthləri qorumaq üçün xüsusi materiallardan istifadə edilir. Bütün əşyalar mənzilin içərisində açılaraq yerləşdirilir və əməıə gələn tullantılar atılır. Çatdırılma işinin tamamlanmasından sonra heyətin supervayzeri işin tamamlanması üzrə hesabat hazırlayacaq; həmin hesabata çatdırılan məkanda öz rəy və fikirlərini daxil edə bilərsiniz. Hər hansı zərərlər müşahidə olunduqda, sığortanın tələb edilməsi məqsədilə belə zərərlər hesabatda qeyd edilməlidir. Məqsədimiz daşınmaq üçün evinizi tam hazır hala gətirməkdir.
 
Əvvələ qayıt