Nəqliyyat vasitələrinin daşıması


Xaricdən aldığınız avtomobilinizi, motosikletinizi gətirmək və ya köçəcəyiniz ölkəyə onu göndərmək istədikdə, bizim mütəxəssislərimizə müraciyyət edin. Onlar daşınma prosesini geniş izah edəcək və tələb olunan bütün sənədlərin tərtibində sizə yaxından köməklik edəcəklər.  Nəqliyyat vasitəniz daşımazdan əvvəl hər hansı mövcud zərərlərə qarşı diqqətlə yoxlanilacaq və göndəriləcəyi yerdən asılı olaraq 20ft / 40ft konteynerlər, yük maşını, və ya hava yolu ilə daşınmasını təşkil edəcək. Bu sahədə olan təcrübəmiziə tam arxayın ola bilərsiniz.


Avtomobil və motosikletinizin daşınması üçün nəyə görə ALLRIGHT MOVING & STORAGE şirkətini seçməli?
 Biz artıq bir neçə illərdir ki, avtomobil və motosikletlərin beynəlxalq daşınmasını həyata keçiririk. Bu prosesin nə qədər məsuliyyətli və çətin olduğunun fərqindəyik, lakin peşəkar heyyətimizin və beynəlxalq partnyorlamızın köməyi nəticəsində nəqliyyat vasitələrinin təhlükəsisz və sərfəli qiymətlərlə daşınmasını təmin edirik. Müxtəlif ölkələrin fərqli idxaı/ixrac gömrük tələbnamələri var və onların təmin olunması, bütün prosedurların düzgün yerinə yetirlməsı mütləqdir. Müştərilərimizin bu kimi problemlərlə qarşılaşmaması üçün biz onları vaxtindan əvvəl məlumatlandırır və lazımi bütün prosedurları həyata keçiririk.
 
NƏQLİYYAT VASİTƏLƏRİNİN AZƏRBAYCANA İDXALI İLƏ BAĞLI VACİB QEYDLƏR:
 
• İdxal edilən nəqliyyat vasitələri Avro-4 ekoloji standartlarına uyğun olmalıdır. Bu standartlara uyğun olmayan nəqliyyat vasitələrinin ölkə ərazisinə idxal edilməsinə icazə verilmir.
• Nəqliyyat vasitələrinin Azərbaycana idxal edilməsi zamani idxal gömrük rüsumlari və ƏDV ödənilməlidir. İdxal rüsumlarının və ƏDV-nin təqribi məbləğinin hesablanması üçün aşağıdakı məlumatlar tələb olunur:

- Model                                                    
- VIN nömrəsi                                          
- İstehsal ili                           
- Mənşə ölkəsi                                 
- Mühərrikin həcmi                                   
- Sərnişin oturacaqlarının sayı              
- Nəqliyyat vasitəsinin gömrük dəyəri
 
Gömrük orqanları nəqliyyat vasitəsinin müstəqil qiymətləndirilməsi hüququna malikdir və idxal rüsumlarının yekun məbləği gömrük rəsmilərinin qərarından asılı olur.

Aşağıdakı cədvəldə avtomobillərin istehsal edildiyi ölkələr və istehsal illərinə uyğun olan məhdudiyyətlər barəsində məlumat verilmişdir:

Avtomobillərin istehsal edildiyi ölkə İstehsal edildiyi il
AB üzvü olan dövlətlər (Almaniya, BK, Fransa Avstriya və s.) 2005
ABŞ 2004
Yaponiya 2011
Çin 2011
Koreya 2006
Türkiyə 2009

Nəqliyyat vasitələrinin daşınma və gömrük prosedurları şərtləri ilə bağlı əlavə məlumat üçün +994 (12) 409 40 88 əlaqə nömrəsinə zəng və ya office@allrightmoving.com elektron poçt ünvanına yazili müraciyyətinizi göndərə bilərsiniz. 



Əvvələ qayıt