Daşınma üsulunun planlaşdırılması


Həyatda və işdə hər zaman çoxlu seçimlərimiz olur. Beynəlxalq daşınma zamanı əsas diqqət mərkəzindəolan məsələ daşınma və nəqliyyat üsuludur. Beynəlxalq daşınmanın bir çox növləri vardır və onların hansından istifadə etmək qərarını vermək çox vacib məsələdir.   Nəqliyyatın üç - hava, quru və ya su yolu ilə daşınma növü vardır. Hər bir yükdaşınma üsulu özünəməxsus üstün cəhətlərə malikdir. Müvafiq üsulun seçilməsi məsafə, vaxt məhdudiyyəti, getməli olduğunuz yerin coğrafi xüsusiyyətləri, əşyaların növü və büdcənizdən asılıdır. Tez çatdırılmalı olan əşyalar adətən hava yolu ilə, digərləri isə quru və su yolu ilə daha ucuz qiymətə daşına bilər. 
 

Dəniz yolu ilə daşınma: Dəniz yolu ilə daşınmanın iki yolu var: 1) FCL (tam dolmuş konteynerdə yükün su yolu ilə daşınması), yəni mallar sırf sizin yükünüz üçün nəzərdə tutulmuş təhlükəsiz konteynerə yüklənir. Bu, böyük həcmli yüklərin daşınması üçün ən səmərəli yoldur. Ümumi istifadədə olan konteynerin ölçüləri 20”, 40”, 40HC və 45HC təşkil edir. Həcmdən asılı olaraq, daşınma üzrə mütəxəssisiniz sizə daha əlverişli və büdcəyə uyğun konteyner növünü təklif edə bilər. İkinci üsul LCL adlanır (tam konteyneri tutmayan konsolidə yüklərin su ilə daşınması). Yükləriniz konteyneri tam doldurmadıqda, və başqa yüklərlə konsolidə olunmagla bu üsuldan istifadə edilir. Siz, yalnız konteynerdə tutulan sahə üçün ödəniş edirsiniz. LCL üsulu ilə daşınma zamanı konteyneri başqa müştərilərlə də paylaşa bilərsiniz, ancaq konteyner bu zaman Konteyner Daşınma Stansiyasına getməli və digər yüklərlə paylaşıldığı üçün əlavə xərclərin üzərinə gəlir. FCL üsulu ilə konteynerdə yer saxlamaqla daşınma başqaları ilə konteynerin bölüşdürülməsini nəzərdə tutan LCL üsulu ilə daşınmadan daha ucuz başa gəlir.



Quru yolu ilə daşınma: Quru yolu ilə daşınmanın digər daşınma üsullarına nisbətən çevik xidmət baxımından üstünlükləri daha çoxdur; marşrut və zamanlama heç bir narahatlıq yaratmadan fərdi istəyə uyğun tənzimlənə bilər. Quru yolu ilə daşınmanın ən üstün cəhəti odur ki, o, qapıda və ya anbarda çatdırılma xidmətini təmin edir. Bu isə daşınma, yükləmə və boşaltma xərclərini azaldır. Bizim real vaxt rejiminə uyğun peyk trekinq sistemləri ilə təchiz edilən yük maşınlarımız var. Təcrübəli sürücülərdən ibarət heyətimiz sizə MDB ölkələri, Avropa və BK-a daşınma zamanı tam (FTL), yarım (LTL) yükləmə xidmətlərini təklif edir. Hər bir gedilməli istiqamət haqqında məlumatlarımıza əsasən etibarlı və ekspert xidmətləri əldə etmək mümkündür.



Hava ilə daşınma: Hava ilə daşınma adətən yüksək dəyərli və aşağı həcmli daşınmalar üçün istifadə edilir. Mallar sürətli çatdırılmalı olduqda, heç şübhəsiz su və ya quru yolu ilə daşınma ilə müqayisədə hava ilə daşınma ən yaxşı seçimdir. Bir çox hava yolları şirkətlərinin demək olar ki bütün dünyanı əhatə edən böyük bir şəbəkəsi vardır. Bu, o deməkdir ki, siz öz yüklərinizi dünyanın istənilən yerinə göndərə bilərsiniz. Biz yalnız fəaliyyəti sınaqdan keçmiş hava yolları şirkətləri ilə çalışır və onların arasında daşınmalarınız üçün ən sərfəli və büdcəyə uyğun olanları seçirik. Hava yolu ilə daşınmada yüksək icra standartları və dəyişən tələblərinizin qarşılanması mümkündür.
 




Şəxsi əşyalarınızın vaxtında və münasib xərclərlə çatdırılmasını təmin etmək üçün müvafiq daşınma üsulunu seçmək vacibdir və bu baxımdan ALLRIGHT MOVING & STORAGE beynəlxalq daşınmalar üçün sizə ən düzgün və büdcəyə uyğun daşınma üsulunu təklif edir.

 

Əvvələ qayıt