Beynəlxalq sığorta


Beynəlxalq daşınma uzunmüddətli proses olmaqla yanaşı, bəzi problemlər və qaçılmaz hallarla müşayiət oluna bilər. Cəlb olunan bütün işçilərin mallarınıza yüksək qayğı və diqqətlə yanaşmasına baxmayaraq, iş əldən-ələ keçə və nəticədə bəzi hallarda təsadüfi zərərlərə səbəb ola bilər.  ALLRIGHT MOVING & STORAGE şirkəti xüsusilə ev əşyaları, antik əşyalar, sənət əsərləri və nəqliyyat vasitələrinin qorunması üçün bütün daşınma risklərinə qarşı tərtib olunan və Eduard Pfeifer GmbH (Almaniya) tərəfindən imzalanan sığorta xidmətini təklif etmək imkanına malikdir. Qeyd etmək lazımdır ki, əşyalarınızın su, quru və ya hava yolu ilə daşınmasından asılı olaraq müvafiq sığorta paketlərini təqdim edə bilərik. Sıgorta tələb olunduqda, daşınma prosesindən öncə sizə müvafiq sənədləri təqdim edirik, siz isə sığortalama prosesini başlatmaq və icra etmək üçün həmin sənədləri dolduraraq bizə geri qaytarırsınız. Daşınma üzrə mütəxəssisiniz bu sənədlərin doldurulmasında sizi istiqamətləndirə bilər.


 
Əvvələ qayıt