Sığorta

Beynəlxalq daşınma uzunmüddətli proses olmaqla, bəzi problemlər və qaçılmaz hallarla müşayiət oluna bilər. Cəlb olunan bütün işçilərin əşyalarınıza yüksək qayğı və diqqətlə yanaşmasına baxmayaraq, iş əldən-ələ keçə və nəticədə bəzi hallarda təsadüfi zərərlərə səbəb ola bilər. ALLRIGHT MOVING & STORAGE şirkəti xüsusilə ev əşyaları, antik əşyalar, sənət əsərləri və nəqliyyat vasitələrinin qorunması üçün bütün daşınma risklərinə qarşı tərtib olunan və Eduard Pfeifer GmbH (Almaniya) tərəfindən imzalanan sığorta xidmətini təklif etmək imkanına malikdir. Qeyd etmək lazımdır ki, əşyalarınızın su, quru və ya hava yolu ilə daşınmasından asılı olaraq müvafiq sığorta paketlərini təqdim edə bilərik. 



Əvvələ qayıt