Korporativ və ofis daşınmaları


Yerli və korporativ müştərilər üçün sürətli, effektiv və sistemli köçürülməni təmin edirik. Ofisinizindaşınması ilə bağlı bütün tələblərinizin qarşılanması istiqamətində komandamız tam şəkildə təchiz edilmişdir. Bizə məlumdur ki, biznes aləmində “vaxt” “pul” deməkdir və bu baxımdan gündəlik işlərinizə mane olmadan sizə daşınmağınızda kömək edəcəyik. Kiçik və ya korporativ şirkətin baş ofisi olub olmamasından asılı olmayaraq, geniş həcmdə xidmətlər təklif edirik, buraya pulsuz qiymətləndirmə, layihənin idarə edilməsi, yerli və ya beynəlxalq daşınma xidmətləri daxildir. İşçi heyətimiz kompleks iş yerlərinin demontaj edilib yenidən yığılması sahəsində təcrübəyə malik olmaqla, komputer avadanlığı, serverlər, qiymətli incəsənət əşyaları və antic mebellər kimi hətta ən zərif əşyaların köçürülməsi işində ustadırlar. İşinizin ləngimədən vaxtında aparılmasını təmin etməklə, bütün növ ofis avadanlıqlarının daşınması prosesində sürət və səmərəliliyimizlə qürur duyuruq. Ofis qovluqları, avadanlıq və mebellərinizin təhlükəsiz şəkildə köçürülməsi məqsədilə PC, telefon sistemləri və IT avadanlıqları üçün əlverişli və geniş çeşidli qutu və qablaşdırma materialları ilə öncadən təhciz edirik. Daşındığınız vaxta uyğun olaraq, təyin olunan ünvana qutuların sayı və növünün düzgün və vaxtında çatdırılmasına zəmanət veririk. Əməkdaşlarınızın dəyərli vaxtının daşınma prosesinə deyil, öz işlərinə həsr etmək məqsədilə biz onların yeni iş yerlərindəkı rahatlığını maksimim səviyyədə təmin edəcəyik.  

Go back