Müştəri xidmətləri


Sizə yüksək səviyyəli xidmət vəd edir və vədimizə əməl edirik. 
 
Komandamız daşınma işlərinə müştəri mövqeyindən yanaşan, müştərinin istəklərini başa düşən mütəxəssislərdən təşkil olunub. Əsas hədəfimiz sizin məmnuniyyətinizdir. Komandanın bir üzvü, bir furqon və furqonun sürücüsü yüklərinizin daşınması zamanı xidmətinizdə olacaq və siz bütün suallarınıza xidmət mərkəzimizdə cavab ala biləcəksiniz. Nüfuzumuz müştəri məmnuniyyətindən asılıdır. İşimizin hər mərhələsində müştəri məmnuniyyətinə ayırdığımız diqqət bizi dünyanın aparıcı daşınma şirkətləri sıralarında önə çəkmişdir. Peşəkar kadrlar, avadanlıqlar və texnikaya ayırdığımız investisiyalar müştərilərimizə yüksək səviyyəli xidmət göstərmək yolunda etdiyimiz səylərin nümunəsidir.

 

Əməliyyat şöbəsi 

ALLRIGHT MOVING & STORAGE  şirkətində daşınma üzrə mütəxəssisiniz yükləmə və çatdırılmanı vaxtında icra etməklə, işlərin təyin olunan cədvələ uyğun aparılmasını təmin edir və daşınmanız haqqında məlumatları əməliyyat şöbəmizə təqdim edir. Komandamız işlərin rahat şəkildə aparılmasını təmin etməklə, sizə lazım olan bütün xidmətləri təchiz edir. Bizim müştərimiz kimi, siz daşınma işlərinizin gedişatını informasiya sistemlərimiz vasitəsilə onlayn şəkildə izləyə bilərsiniz.  
 

Fəaliyyət göstərdiyi müddət ərzində etdiyi təhlükəsiz daşınmalara görə şirkətimiz ən qabaqcıl şirkətlər arasındadır. Yüklərinizin daşınması gecikdikdə, onlara ziyan dəydikdə və ya itdikdə, problem tez bir zamanda aradan qaldırılacaq və həll ediləcək.