Gömrük rəsmiləşdirilməsi


ALLRIGHT MOVING & STORAGE korporativ müştərilər, diplomatik heyət və Azərbaycana gələn və ya ölkədən gedən fərdlər üçün geniş çeşidli gömrük rəsmiləşdirmə xidmətlərini təşkil edir. Təcrübəli gömrük broker komandası Azərbaycanda gömrük rəsmiləşdirməsi ilə bağlı bütün rəsmi işlərin tamamlanması üzrə sizə kömək etməkdən məmnunluq duyacaq. Onlar əvvəlcədən gömrük sənədlərinin düzgün tərtibini, eləcə də idxal və ya ixrac rəsmiləşdirilməsi ilə bağlı olan ödənişlərin məbləğini hesablaya biləcəklər. İdxal və ya ixracdan əvvəl dəyərli müştərilərimizlə aparılan ilkin konsultasiyalar yanlış rüsumlar və eləcə də vergilərin tətbiq olunması, daşınma və ümumi maliyyə xərclərinin gecikdirilməsinin qarşısını alacaq. Biz dünyanın ən yaxşı mütəxəssisləri ilə işləyir və mallarınızın gömrük rəsmiləşdirilməsi və çatdırılmasını şəbəkəmiz daxilində yüksək səviyyəli tərəfdaşlarımıza etibar edirik. Bu da sizin daşınma boyunca eyni səviyyəli xidmətlərdən yararlanmağınızı təmin edir. Əməliyyat komandamızın hər bir üzvü müxtəlif ölkələrdə gömrük qaydalarından xəbərdardır və orada hər hansı gecikmələrin qarşısını almaqla, vaxtından əvvəl zəruri formaların doldurulmasında müştərilərə kömək edir.

 

Əlavə edilən qoşmada Azərbaycanda Gömrük Qaydaları haqqında çox vacib və ətraflı məlumatları əldə edə bilərsiniz.
 

Gömrük rəsmiləşdirilməsi prosedurları və tələbləri haqqında əlavə məlumat üçün +994 (12) 409 40 88 əlaqə nömrəsinə zəng və ya office@allrightmoving.com elektron poçt ünvanına yazili müraciyyətinizi göndərə bilərsiniz.