XİDMƏTLƏR

Evinizin və ya ofisinizin daşınmasını planlaşdırırsınızsa, ALLRIGHT MOVING & STORAGE şirkətinin mütəxəssis və peşəkarlardan ibarət komandasına üz tuta bilərsiniz. Xidmətlərimizdən məmnun qalacağınıza əmin ola bilərsiniz:
 

Ətraflı

Əşyalara pulsuz baxış və qiymətləndirmə


Daşınmazdan əvvəl bizimlə əlaqə saxlayan kimi köçürüləcək əşyaların pulsuz baxışını həyata keçirəcəyik. Mütəxəssislərimizdən biri daşınacaq əşyaların təqribi həcminin və çəkisinin hesablanması məqsədilə ünvanda baxış keçirəcək və bu daşınmanız üçün sizə dəqiq qiymət təklifinin hazırlanmasında bizə kömək edəcək. Əməkdaşlarımızın hamısı bu sahədə geniş bilgiləri olan yüksək təcrübəli mütəxəssislərdir.

Ətraflı

Daşınma öncəsi qiymət təklifi


Mütəxəssislərimiz yükün həcmi və çəkisi haqqında məlumatları bizə göndərəcək. Daşınmanız üçün sizə koordinator təyin ediləcək və o, özünü sizə təqdim etdikdən sonra, qiymət təklifini və daşınma planını sizə göndərəcək. Qiymət təklifi və daşınma prosesi ilə bağlı hər hansı sualınız olduqda, koordinatorunuzla əlaqə saxlaya bilərsiniz.

Ətraflı

Daşınma planının hazırlanması


Yüklər üzrə mütəxəssisimiz daşınma ilə bağlı tələbləri sizinlə ətraflı müzakirə edəcək və ilkin yaşayış yerinin dəyişdirilməsinin son tarixi, özünüz və ailə üzvlərinizin daşınacağınız yerə çatması, getdiyiniz yerdə mövsümi dəyişikliklər və ekoloji şərait kimi şərtləri nəzərə alaraq, ən əlverişli daşınma üsulunu sizə təqdim edəcək. 

Ətraflı

Qablaşdırmanın keyfiyyəti və üsulları


Qablaşdırma xidmətimiz ən yüksək səviyyədədir və keyfiyyətin qorunması baxımından dəyərli əşyalarınızın qablaşdırılması və daşınması zamanı heç bir güzəştə getmirik. Peşəkar qablaşdırıcılardan ibarət olan heyətimiz və mütəxəssislərimiz sayəsində qablaşdırma və daşınma sənayesində ən etibarlı və qabaqcəı şirkət olmuşuq. Əşyalarınızın antik mebellər, qiymətli tablolar, heykəllər və ya sadə ev əşyaları olmasından asılı olmayaraq, onlara beynəlxalq standartlara uyğun şəkildə qablaşdırma və daşınma tələblərinin qarşılanması üçün öz malımız kimi yanaşılır və xüsusi təsdiq olunmuş üsullar və keyfiyyətli materiallardan istifadə edilərək qablaşdırılır. 
Ətraflı

Yeni evinizə çatdırılma


Çatdırılma zamanı komandamız əvvəlcədən sizin tərəfinizdən müəyyən olunan otaqlarda əşyalarınızı ehtiyatla qutulardan çıxarıb yerinə yerləşdirəcək. Döşəmə, divar və digər səthləri qorumaq üçün xüsusi materiallardan istifadə edilir. Bütün əşyalar mənzilin içərisində açılaraq yerləşdirilir və əməıə gələn tullantılar atılır. Çatdırılma işinin tamamlanmasından sonra heyətin supervayzeri işin tamamlanması üzrə hesabat hazırlayacaq; həmin hesabata çatdırılan məkanda öz rəy və fikirlərini daxil edə bilərsiniz.
Ətraflı

Korporativ və ofis daşınmaları


Yerli və korporativ müştərilər üçün sürətli, effektiv və mütəşəkkil daşınmanı təmin edirik. Ofisin dəyişdirilməsi ilə bağlı bütün tələblərinizin qarşılanması istiqamətində komandamız tam şəkildə təchiz edilmişdir. Bizə məlumdur ki, biznes dünyasında vaxt pul deməkdir və bu baxımdan gündəlik işlərinizə mane olmadan sizə daşınmağınızda kömək edəcəyik..

Ətraflı

Beynəlxalq daşınmalar


ALLRIGHT MOVING & STORAGE şirkəti ən son texnologiyalardan istifadə etməklə təcrübəli və qayğıkeş əməkdaşlarımızın köməyi ilə beynəlxalq daşınma layihənizin hər bir mərhələsində sizə kömək edəcək. Şirkətin işçi heyətinin daşınma sənayesi və əməliyyatlar sahəsində 15 ilə yaxın böyük təcrübəsi var. Beynəlxalq daşınma layihəsinin hər bir mərhələsini diqqətlə izləmək üçün daşınma prosesinə nəzarət edən proqramlardan istifadə edir. Beynəlxalq daşınmalar bizim işimizdir! 
Ətraflı

Nəqliyyat vasitələrinin daşıması


Xaricdən aldığınız avtomobilinizi, motosikletinizi gətirmək və ya köçəcəyiniz ölkəyə onu göndərmək istədikdə, bizim mütəxəssislərimizə müraciyyət edin. Onlar daşınma prosesini geniş izah edəcək və tələb olunan bütün sənədlərin tərtibində sizə yaxından köməklik edəcəklər.

Ətraflı

Uzun məsafəyə daşınma, giriş, məhdud giriş, pianinonun daşınması və təhlükəsiz daşınma


Hətta ən çətin hallarda belə sizin üçün işləri asanlaşdırmaq bizim işimizdir. Nadir tapılan qeyri-adi əşyaların yerləşdirilməsi üçün xüsusi xidmətlər, kran, vaqonetka kimi avadanlıqlar, servis xidmətləri və əlavə işçi qüvvəsini təmin edə bilərik.
Ətraflı

Daşınma üsulunun planlaşdırılması


Həyatda və işdə hər zaman çoxlu seçimlərimiz olur. Beynəlxalq daşınma zamanı əsas diqqət mərkəzindəolan məsələ daşınma və nəqliyyat üsuludur. Beynəlxalq daşınmanın bir çox növləri vardır və onların hansından istifadə etmək qərarını vermək çox vacib məsələdir.
Ətraflı

Gömrük rəsmiləşdirilməsi


ALLRIGHT MOVING & STORAGE korporativ müştərilər, diplomatik heyət və Azərbaycana gələn və ya ölkədən gedən fərdlər üçün geniş çeşidli gömrük rəsmiləşdirmə xidmətləri təşkil edir. Təcrübəli gömrük broker komandası Azərbaycanda gömrük rəsmiləşdirməsi ilə bağlı bütün rəsmi işlərin tamamlanması üzrə sizə kömək etməkdən məmnunluq duyacaq. Onlar əvvəlcədən gömrük ödənişləri, eləcə də idxal və ya ixrac rəsmiləşdirilməsi ilə bağlı olan ödənişlərin məbləğini hesablaya biləcəklər. 

Ətraflı

Beynəlxalq sığorta


Beynəlxalq daşınma uzunmüddətli proses olmaqla yanaşı, bəzi problemlər və qaçılmaz hallarla müşayiət oluna bilər. Cəlb olunan bütün işçilərin mallarınıza yüksək qayğı və diqqətlə yanaşmasına baxmayaraq, iş əldən-ələ keçə və nəticədə bəzi hallarda təsadüfi zərərlərə səbəb ola bilər. 
Ətraflı

Saxlama və anbarlama


Müasir təhlükəsiz sistemi və iqlim nəzarəti ilə təhciz olunmuş ambarımızda yüklərinizin təmiz və mükəmməl şəkildə saxlanılmasını təmin edirik. Ofis və ya eviniz üçün sizə həftəlik və ya illik ambarlama lazım olduqda, mülkünüzün təhlükəsiz və rahat saxlanılmasını bizə etibar edə bilərsiniz.  
Ətraflı

Tranzit zamanı trekinq və koordinasiya


Su, quru və hava yolu ilə, eləcə də ölkə daxilində daşınma zamanı işçi komandamız yüklərinizin bir yerdən başqa yerə rahat və təhlükəsiz daşınmasını təmin edəcək. Sizin üçün təyin edilən koordinator real vaxt rejimində olan yenilənmələr və tranzit zamanı onlayn trekinqlə bağlı sizi xəbərdar etməklə yanaşı, daşınma sənədlərinin ötürülməsi üzrə nümayəndə ilə də əlaqə saxlayacaq.

Ətraflı

Konteyner və yük vaqonlarının doldurulması


Daşınmanız üçün 20 fut, 40 fut və ya daha böyük tutumlu konteynerlərdən istifadə tələb olunduqda, mütəxəssislərimiz təhcizat, hazırlıq, daşınma, doldurma və boşaltma işlərini icra edirlər. Xidmətlərimizin tam həcmi idxal və ixrac olan konteyner yüklərinə şamil edilir. ALLRIGHT MOVING & STORAGE şirkəti üçün mümkünsüz iş yoxdur.
Ətraflı

Evlərin köçürülməsi


Evinizin köçürülməsi üçün rahat yol axtarırsınız? Bu işi ALLRIGHT MOVING & STORAGE  şirkətinə həvalə edə bilərsiniz. Məlumdur ki, əşyaların daşındığı gün stresli və təlaşlı olursunuz, çünki onların təhlükəsiz və vaxtında çatdırılmasını istəyirsiniz. Hətta şəhər ətrafına daşınmaq belə kifayət qədər yorucu ola bilər.